Şimali Kiprin müstəqilliyinin 39-cu ildönümü Bakıda qeyd edildi - VİDEO 

Şimali Kiprin müstəqilliyinin 39-cu ildönümü Bakıda qeyd edildi - VİDEO 

Hazırda oxunan: Şimali Kiprin müstəqilliyinin 39-cu ildönümü Bakıda qeyd edildi - VİDEO 

107157

Noyabrın 29-da Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 39-cu ildönümü münasibətilə tədbir keçirilib. 

Bizim.Media xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Milli Məclisin deputatları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirdə əvvəlcə Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib. 

Açılış nitqi ilə çıxış edən Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer böyük türk millətinin bir parçası olan Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıb.
O, ölkəsinin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib. 

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib. 

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO