Sentyabr şəhidi Vadim Qocayevin yeni doğulan körpəsi xəstəxanadan evə buraxılıb - VİDEO 

Sentyabr şəhidi Vadim Qocayevin yeni doğulan körpəsi xəstəxanadan evə buraxılıb - VİDEO 

Hazırda oxunan: Sentyabr şəhidi Vadim Qocayevin yeni doğulan körpəsi xəstəxanadan evə buraxılıb - VİDEO 

106971

Vətən müharibəsinin iştirakçılarından biri, 2022-ci ilin sentyabrın 12-13 hadisələrində Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən şəhid olan gizir Vadim Qocayevin yeni doğulan körpəsi xəstəxanadan evə buraxılıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyaya gələn körpənin evə yola salınması mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin döyüş yoldaşları və ailə üzvləri iştirak edib. 

Klinikanın Neonatalogiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı körpənin vəziyyəti ilə bağlı jurnalistlərə açıqlama verib: 

"Körpə noyabr ayının 25-də doğulub, onun çəkisi 2 kq 900 qramdır. Dörd gün nəzarətimizdə olub, aktiv qidalanır, səhhəti yaxşıdır. Bu gün evə buraxılır və yaxın 2 həftə müddətində nəzarətimizdə qalacaq". 

Şəhidin döyüş yoldaşı olan Vətən müharibəsi iştirakçısı Elvin Rəsulov jurnalistlərə açıqlamasında bildirib ki, körpəyə Zeyd adı verilib. O bildirib ki, bu, Vadim Qocayevin ikinci övladıdır, şəhidin bu gün 1 yaşını tamamlayan İlayda adında daha bir qız övladı var. 
Qeyd edək ki, Qocayev Vadim Alik oğlu 1997-ci il yanvarın 10-da Qobustan rayonunun Sündü kəndində anadan olub. 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən şəhid olub. Şəhidin atası Alik Qocayev oğlunun şəhid olması xəbərini eşidəndən sonra ürək tutmasından vəfat edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO