Millət vəkili şikayətləndi:

Millət vəkili şikayətləndi: "Zəlzələ olarsa, paytaxtda nəticəni düşünə bilmirəm"

Hazırda oxunan: Millət vəkili şikayətləndi: "Zəlzələ olarsa, paytaxtda nəticəni düşünə bilmirəm"

210278

"Şəhərin mərkəzində göydələnlərin sayının artması tıxac problemini dərdinləşdirir. Binaların sıx tikilməsi təhlüksəsizlik normalarına uyğun deyil". 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Azər Badamov deyib.

 

Millət vəkili Türkiyədəki zəlzələni nümunə gətirərək bizim də bu tip fəlakətdən sığortalanmadığımızı qeyd edib.


"Fövqəladə hal yaranarsa, paytaxtda nəticəni düşünə bilmirəm. Bir vaxtlar Yaşmada "Gənclər Şəhəri"nini tikilməsi aktual idi, sonradan unuduldu. İndi yenidən onu diqqətdə saxlamaq lazımdır. Zamanla universitetləri də ora köçürmək olar və beləliklə tıxaclar da azalar. Dünya təcrübəsində də bu var. Həmçinin, bu il Heydər Əliyev ili olduğunu nəzərə alaraq, yeni şəhərciyin cari ildə tikilməsinə başlamağı və oranı Heydərabad adlandırmağı təklif edirəm”, - deputat bildirib.

 

Əzizə Zeynal
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO