Cari ilin 7 və 10 oktyabr tarixlərində Mədəniyyət Nazirliyi uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirib. Bu gün isə müsahibə mərhələsinin nəticəsinə yenidən baxılması ilə bağlı müraciət edən namizədlərin şikayətlərinə baxılıb.
Bizim.Media xəbər verir ki, ümumilikdə nazirliyə 22 nəfərin müraciəti daxil olub.
Onlardan 19 nəfərinin müraciətinə Komissiya üzvlərinin iştirakı ilə baxılıb. 3 nəfər isə şikayətləri ilə bağlı Komissiya tərəfindən təyin edilmiş iclasda iştirak etməkdən imtina edib.
Şikayətçilərin və dəvət edilmiş ekspertlərin iştirakı ilə müvafiq müsahibələrin videoyazıları təhlil edilib və müsahibələrin nəticəsi barədə Komissiya tərəfindən yekun qərarlar qəbul edilib.
Komissiyanın qərarlarına əsasən 6 nəfər - Hüseynli-Babayeva İradə Ramil qızı (fortepiano), Rəhimli Esmira Kərim qızı (fortepiano), Parlanzadə Kamal Əfqan oğlu (tar), Əliyeva Fidan Vüsal qızı (violin), Əbdülqasımova Lalə Elman qızı (musiqi nəzəriyyəsi) və Asalıyeva Anelya Nizami qızı (musiqi nəzəriyyəsi) müvafiq ixtisaslar üzrə vəzifəyə uyğun hesab edilərək şikayətləri təmin edilib. Nazirliyin ehtiyat kadrlar siyahısına əlavə edilən həmin namizədlərin tədris ili ərzində müvafiq vakant vəzifə yaranacağı təqdirdə onların razılıqları ilə həmin vəzifələrə təyin edilməsi nəzərdə tutulur.
Şikayətləri təmin edilməyən namizədlərin müsabiqənin test mərhələsində göstərdiyi nəticələr 2 il müddətində qüvvədədir.
Həmin müddət ərzində onlar nəticələrinə uyğun olaraq məktəb və mərkəzlərdə müəllimlərin işə qəbulu ilə əlaqədar təşkil ediləcək müsahibələrdə birbaşa iştirak edə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
17:51 / 12.10.2022
Nazirlik narazı müəllimlərin şikayətlərinə baxdı - FOTO
Hazırda oxunan: Nazirlik narazı müəllimlərin şikayətlərinə baxdı - FOTO
Hazırda oxunan: Nazirlik narazı müəllimlərin şikayətlərinə baxdı - FOTO
98932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.