Hilal Suleymanov: “Nənəm istəyirdi ki, onun yolunu davam etdirim”

Hilal Suleymanov: “Nənəm istəyirdi ki, onun yolunu davam etdirim”

Hazırda oxunan: Hilal Suleymanov: “Nənəm istəyirdi ki, onun yolunu davam etdirim”

98879

"Ruhəngiz xanım çox istəyirdi ki, onun yolunu davam etdirim. Çünki bizim ailədə ondan savayı bəstəkar və musiqi ilə məşğul olan yoxdur".

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın ifaçı nəvəsi Hilal Suleymanov deyib. 

Hilal bildirib ki, nənəsinin vəsiyyəti onun kimi gözəl musiqilər bəstələməsidir.

"Düzdür, məni o qədər tanımırlar. Amma bu istedad nənəmdən mənə keçib. Bəstələdiyim bəzi mahnıları nənəm dinləyib. Yazdığım musiqiləri yaxşı qiymətləndirib. Mənə baxıb, gənclik illərini yada salırdı.

Son zamanlar bəstəkar kimi fəaliyyət göstərmirdi. Son vəsiyyətində isə Ruhəngiz nənəm mənə uğurlar dilədi. İstədi ki, onun yolunu davam etdirim, musiqi ilə məşğul olum. Necə nənəm gözəl bəstələr bəstələyibsə, istəyirdi ki, mən də elə gözəl musiqilər bəstəliyim".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO