“Karabakh Bouquet-1752” ətri beynəlxalq sərgidə - VİDEO

“Karabakh Bouquet-1752” ətri beynəlxalq sərgidə - VİDEO

Hazırda oxunan: “Karabakh Bouquet-1752” ətri beynəlxalq sərgidə - VİDEO

96512

Azərbaycan ətir tarixində daim yeniliklərə imza atan “Mugham” brendi bu dəfə “Pitti Fragranze”də uğurla iştirak edib.

Bizim.Media xəbər verir ki, “Karabakh Bouquet - 1752” ətri İtaliyanın Florensiya şəhərində keçirilən beynəlxalq sərgidə dünya miqyaslı ən mötəbər parfümlərlə birlikdə nümayiş olunub.

Azərbaycanın şanlı qələbəsi şərəfinə istehsal olunan “Karabakh Bouquet-1752” parfümünün sərgidə yer aldığı guşədə milli elementlərlə yanaşı, Qarabağ, xüsusən də Şuşaya aid atributlar, həmçinin qələbənin simvolu olan Xarıbülbül avropalı qonaqların diqqətini çəkib.
Qeyd edək ki, “Mugham” ətirləri nadir və davamlı xammaldan hazırlanaraq məhdud sayda satışa çıxarılır.

Fransada istehsal edilən “Mugham” parfüm brendinin “Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü – “Rast”, “Shur”, “Segah”, “Chahargah”, “Bayati -Shiraz”, “Shushtar” və “Humayun”un adını daşıyan çeşidləri var. “Mugham” Bakı ilə yanaşı İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşıda da satılır.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO