Əməkdar rəssam Asif Azərelli vəfat etdi

Əməkdar rəssam Asif Azərelli vəfat etdi

Hazırda oxunan: Əməkdar rəssam Asif Azərelli vəfat etdi

91965

Əməkdar rəssam Asif Azərelli dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından məlumat verilib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Asif Azərelli 19 iyul 1946-cı ildə Bərdə rayonunda anadan olub. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1976-cı ildə keçmiş SSRİ-nin Azərbaycan Rəssamlar İttifaqının mükafatına layiq görülüb. 1983-1984-cü illərdə YUNESKO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olub.

Görkəmli rəssam daha çox Dədə Qorqud obrazının ən çox qəbul edilən versiyasının yaradıcısı kimi tanınırdı.

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO