Azərbaycan SSR-nin ilk və sonuncu Xalq artisti kimlər olub? – Onların arasında 27 erməni də var

Azərbaycan SSR-nin ilk və sonuncu Xalq artisti kimlər olub? – Onların arasında 27 erməni də var

Hazırda oxunan: Azərbaycan SSR-nin ilk və sonuncu Xalq artisti kimlər olub? – Onların arasında 27 erməni də var

90029

Azərbaycan SSR-nin Xalq artisti fəxri adı Sovet dövrünün mədəniyyət və incəsənət xadimlərinə verilən ən yüksək ad olub.

1928-ci il iyulun 28-də təsis edilib və ilk Azərbaycan SSR Xalq artisti fəxri adı 1931-ci ildə tarzən Qurban Pirimova verilib.

1932-ci ildə bu ad üç nəfərə təqdim edilib. Abbasovov Hacıağa Mütəllib oğlu (aktyor, dramaturq olub), Sarabski Hüseynqulu və bir erməni aktyora.

1933-cü ildə Əliyev Mirzəağa Əli oğluna verilib. 1934-cü ildə Şövkət Məmmədova, 1935-ci ildə Cabbar Qaryağdıoğlu bu adla təltif olunublar.

28 iyul 1928-ci ildən bu adın ləğv olunduğu, daha doğrusu, Azərbaycan Xalq artisti fəxri adına keçdiyi 5 fevral 1991-ci ilə qədər bu ada 260 nəfər layiq görülüb. Onların arasında 27 erməni əsilli Azərbaycan SSR Xalq artisti var.
Azərbaycan SSR Xalq artisti kimi sonuncu təltif edilənlərdən 31 dekabr 1990-cı ildə Tofiq Bakıxanov, İbrahim Məmmədov, Ramiz Mirişli və Azər Rzayev olublar.

Ən axırıncı Azərbaycan SSR Xalq artisti kinorejissor, ssenarist, aktyor və pedaqoq Əjdər İbrahimbəyov olur. O, bu ada 1991-ci ildə layiq görülür. 

Bizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO