Xeyrəddin Qoca müasir ƏDƏBİ TƏNQİD haqqında: “Tənqidçiyə qonaqlıq verib əvvəlcədən yazı yazdırırlar”

Xeyrəddin Qoca müasir ƏDƏBİ TƏNQİD haqqında: “Tənqidçiyə qonaqlıq verib əvvəlcədən yazı yazdırırlar”

Hazırda oxunan: Xeyrəddin Qoca müasir ƏDƏBİ TƏNQİD haqqında: “Tənqidçiyə qonaqlıq verib əvvəlcədən yazı yazdırırlar”

87884

“Molla Nəsrəddin jurnalının ilk sayı hazırlanandan sonra Cəlil Məmmədquluzadə materialları Naxçıvanda bir ziyalıya göstərir. Ziyalı buna heyranlığını bildirir, lakin deyir ki, bunu çap etmək olmaz. Cəlil Məmmədquluzadə səbəbini soruşanda, ziyalı ona cavab verir ki, siz burada milləti tənqid etmisiniz. Bizim millət tənqidi yox, tərifi sevir”...

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada yazıçı-satirik Xeyrəddin Qoca deyib.

Son illərdə ədəbi-tənqidin zəifləməsindən gileylənən yazıçı bildirib ki, ədəbi tənqidlə hər adam məşğul ola bilməz

“Bizim xalq tənqidi sevir, amma nə badə onun özünü tənqid edəsən. Mirzə Cəlilin zamanından 100 il  keçib. Ədəbi tənqidin ciddiliyinə, ümumumiyyətlə tənqidə məhəl qoyan yoxdur. Yazılar elə yazıldığı yerdə də qalır. İndiki qələm sahibləri öz-özünə sual verirlər: “Bir tənqiddən sonra tədbir görülməyəcəksə o mənasızdır”.

Görürsünüzmü, son vaxtlar heç bir mətbuat orqanında feleyton yoxdur. Çünki tənqidin nəticəsi olmur. Tənqidsiz isə heç zaman inkişafdan söhbət açmağa dəyməz!”

Xeyrəddin Qocanın sözlərinə görə, bəziləri ədəbi tənqidlə mətbuatdakı tənqidi məqalələri bir-biri ilə səhv salırlar

“Hər hansı ədəbi əsər haqqında fikir söyləmək hələ tənqidçi olmaq demək deyil. Ümumiyyətlə hər bir tənqidçi həm də gərək yazıçı olsun. Bizim problemimiz odur ki, biz hələ ədəbi tənqidin nə olduğunu bilmirk. Tənqidçi əsərin güclü və zəif tərəflərini göstərməlidir. Əgər istedadı varsa, əsərdə hadisələrin necə cərayan etməsini, bəzi ədəbi priyomların necə ola biləcəyini göstərə bilər. Yazıçını əsərin üzərində yenidən işləməyə “məcbur” edə bilər. Bir də özünüz düşünün, əsər dərc olunandan sonra onu tənqid etməyin nə mənası var? Axı, bu yazıçıya nə verir?

Əslində yazıçı güclü tənqidi materialdan da nə isə öyrənir, gələcəkdə bunu nəzərə alır. “Bizdə tənqid yoxdur” deyənlər tənqiddən çox tərifin olduğunu görürlər.

Onlar ciddi ədəbi tənqidi nəzərdə tuturlarsa, doğru deyirlər. Yaxın keçmişimizdə güclü  tənqidçilərimiz və ədəbi tənqidimiz var idi. Məmməd Arif, Yaşar Qarayev, Qulu Xəlilov və başqaları adlı-sanlı tənqidçilərimiz olublar. Deyiləsi söz, fikir çoxdur. Hər şeydən əvvəl güclü ədəbi əsərlər olmalıdır ki, güclü də ədəbi tənqidçilər yetişsin. Orda-burda öz zəif əsəri ilə qürrələnib, tənqidçiyə qonaqlıq verməklə əvvəlcədən tənqidi məqalə yazdıra-yazdıra tənqidçi yetişdirmək olmaz”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO