“Pis xəbəri tez yayırlar, şoudur” - Pantomima teatrının direktoru

“Pis xəbəri tez yayırlar, şoudur” - Pantomima teatrının direktoru

Hazırda oxunan: “Pis xəbəri tez yayırlar, şoudur” - Pantomima teatrının direktoru

84685

“Pis xəbəri tez yayırlar. Yalan məlumat yayıblar və deyilənlərin heç bir əsası yoxdur. Vergilər Nazirliyinin səhvləri ucbatından bu məsələ baş verib. Pantomima teatrının heç kimə bir qəpik borcu yoxdur. Bunu sübüt etməyə əlimizdə sənədlər, qəbzlər var”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev deyib.  

O qeyd edib ki, ölkədən çıxışına qadağa qoyulmayıb: 

Qalmaqallı məsələ ilə bağlı danışan direktor deyib ki, bu xəbərlər yalandır və Vergilən Nazirliyi tərəfindən düzgün hesabat aparılmayıb: 

“Vergilər Nazirliyi bizi qəbul etmir ki, əlimizdə olan qəbzləri təqdim edək və bu məsələdə haqlı olduğumuzu sübut edək. Əgər belə problemim varsa, necə ola bilər ki, bu cür rahat və sərbəst danışım? Vergilər Nazirliyinin bu səhvinə görə, biz onları məhkəməyə verəcəyik. Yayılan məlumatda qeyd olunub ki, Elman Rəfiyev üçün məhkəmə prosesi keçirilib və iddia təmin olunmayıb. Məhkəmədə iştirak etmək lazımdır, məni isə heç kim məhkəməyə nə telefonla, nə də ki yazılı formada çağırmayıb. Mənə və mühasibimə zəng edilməyib, məktub gəlməyib. Bunlar olmadan bu qərarı çıxarmaq nə deməkdir? Yalan informasiya yayıblar. Bundan şou düzəldirlər. Bu məlumatın kim tərəfindən yayılmasını araşdıracağam”.  
 

Qeyd edək ki, Dövlət Pantomima Teatrının borcu olması və bununla bağlı məhkəmə prosesinin keçirilməsilə bağlı məlumatlar yayılıb. Məlumatlarda iddia olunur ki, teatrın dövlətə 150 min manatdan çox vergi borcu yaranıb.  


Dövlət Vergi Xidməti tərəfindən borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO