Rəşad Nuri Güntəkinin “Çalıquşu”nu yazdığı evi kimin tərəfindən zəbt edilib? – ÖZƏL - FOTO 

Rəşad Nuri Güntəkinin “Çalıquşu”nu yazdığı evi kimin tərəfindən zəbt edilib? – ÖZƏL - FOTO 

Hazırda oxunan: Rəşad Nuri Güntəkinin “Çalıquşu”nu yazdığı evi kimin tərəfindən zəbt edilib? – ÖZƏL - FOTO 

81176

Rəşad Nuri Güntəkinin “Çalıquşu”romanı Azərbaycan oxucuları üçün də yaxından tanışdır. Ən azı, roman əsasında çəkilmiş filmə çoxumuz baxmışıq. Fəridə və Kamran bəyin məşum sevgisi hamımızı göz yaşına boğub.

Onun “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yaşıl Gecə”, “Yarpaq tökümü” kimi romanları sonralar da Türkiyə kinemotoqrafiyasının şah əsərlərindən olub.

Bizim.Media-nın əməkdaşları yazıçının “Çalıquşu”nu yazdığı İstanbulun Böyük Ada ərazisində yerləşən evini ziyarət ediblər.

Böyük Adada yaşayan yaşlı sakinlərin deməsinə görə, əslində Kamran bəy elə Rəşad Nuri Güntəkinin özüdür. Əsərin digər qəhrəmanı Fəridə isə qonşuluqda yaşayan nəcib bir xanım olub. Romanın əsas motivi də bu yaşantılardan qaynaqlanıb.
Rəşad Nuri Güntəkinin bir vaxtlar Böyük Adada yaşadığı ev 2 il öncəyə kimi muzey kimi fəaliyyət göstərib. Amma hazırda muzeyi ziyarət etmək mümkün deyil. 

Yerli bələdiyyə rəsmisindən aldığımız məlumata görə, Rəşad bəyin qız nəvəsi evə sahiblənib və onun muzey kimi fəaliyyət göstərməsinə etiraz edib.

Böyük Adada yerləşən dəniz mənzərəli həmin evdə indi əsasən, Rəşad Nuri Güntəkinin nəvəsinin qaynatası yaşayır. Çox zaman isə qapıları bağlı olur. 

Türkiyə dövlətinin mülkə hörmətlə yanaşma prinsipinə uyğun olaraq minlərlə turistin bu evi ziyarət etmək istəyi isə gerçəkləşməmiş qalır. Yerli bələdiyyə rəhbərləri evin yenidən muzeyə çevrilməsi üçün mülk sahibi ilə danışıqlar aparmaq cəhdi isə nəticəsiz qalıb.
Ünlü yazar Rəşad Nuri Güntəkinin bir zamanlar yaşadığı və yaratdığı evdən mümkün olan fotoları təqdim edirik:

Şəkillər Güləbatın Camalovaya məxsusdur.















Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO