Türkiyədə güllələnən azərbaycanlı aktyor ölməyib - İstanbuldan EKSKLÜZİV  

Türkiyədə güllələnən azərbaycanlı aktyor ölməyib - İstanbuldan EKSKLÜZİV  

Hazırda oxunan: Türkiyədə güllələnən azərbaycanlı aktyor ölməyib - İstanbuldan EKSKLÜZİV  

76118

“Kamranın vəziyyəti ilə bağlı məlumat əldə etmək üçün xəstəxanaya zəng etdim. Orada olan həyat yoldaşı ilə danışdım. O söylədi ki, həkimlər Kamranın beyin ölümü keçirdiyini açıqlayıblar”.  

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində İstanbulda silahlı insidentdə öldüyü deyilən aktyor Kamran Dadaşzadənin ailə dostu, Türkiyədə fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri, yazıçı, jurnalist Aygün Həsənoğlu deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə qətlə yetirilən azərbaycanlı aktyorla bağlı nazirlikdən AÇIQLAMA - YENİLƏNİB


O, ötən gün atışma nəticəsində başından güllələnən aktyorun hazırda Cərrahpaşa xəstəxanasının reanimasiya şöbəsində komada olduğunu açıqlayıb.  

Jurnalist həkimlərin ümidsiz olduğunu söyləyib:  

“Aktyor hazırda cihaza bağlı vəziyyətdədir. Həkimlər ən son çarə kimi Kamrana bir dərman veriblər. Həmin dərmanın necə nəticə verəcəyini gözləyirlər. Hələ ki əməliyyat olunmayıb. Güllə beyinin içini deşib. Bu gün əməliyyat olunacağı və ya cıhazdan ayrılacağı bəlli olacaq. Amma həkimlər Kamranın sağ qalacağına ümüdsizdirlər. Aktyorun vəziyyəti kritikdir, heç bir şeyə reaksiya vermir, komadadır”.  
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı aktyor Türkiyədə belə güllələndi - ANBAAN VİDEO


Qeyd edək ki, ötən gün İstanbulun Fatih bölgəsində iki qrup arasında silahlı insident nəticəsində 1-i polis olmaqla, 7 nəfər yaralanıb.

Yaralananlar arasında Türkiyədə yaşayan azərbaycanlı aktyor Kamran Dadaşzadə də olub. İlkin yayılan məlumatlarda aktyorun öldüyü bildirilmişdi. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO