Nəsibə Zeynalovanın anım günüdür

Nəsibə Zeynalovanın anım günüdür

Hazırda oxunan: Nəsibə Zeynalovanın anım günüdür

63997

Martın 10-u Azərbaycanda Milli Teatrın bayramıdır. 

Bizim Media xəbər verir ki, bu gün həm də ustad sənətkar, Xalq artisti  Nəsibə Zeynalovanın anım günüdür.

Ömrünü teatra həsr edən sənətkarın, teatrın bayram günündə əbədiyyətə qovuşmasının özündə də bir mistika var.

Nəsibə xanım teatr üçün doğulmuşdu, ömrünü Azərbaycan Teatrının inkişafına, çiçəklənməsinə həsr etmişdi. Atası Cahangir Zeynalovdan aldığı sənət bayrağını ləyaqətlə zirvələrə qaldırmışdı.
Ömrünün son illərində səhhəti ilə əlaqədar sevimli teatrından uzaq düşsə də, hər günü, hər dəqiqəsi teatrla bağlı idi.

2004-cü il martın 10-da çox sevdiyi teatrın bayram günündə  ölümsüzləşdi. Ruhu özündən əvvəl dünyasını dəyişən böyük sənətkarın ruhlarına qovuşdu.

Hər il olduğu kimi Nəsibə Zeynalovanın anım günündə doğmaları, Nəsibə Zeynalova sənətinin vurğunları Fəxri Xiyabanda ustad sənətkarı ziyarət edir, onun xatirəsini uca tuturlar. 
Ruhu şad olsun!

Ülviyyə Həsənqızı, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO