Xalq artistinin 42 il saxladığı SİRR: “Tofiq Kazımov qəzada öləndə Səməndər mənə dedi ki...”

Xalq artistinin 42 il saxladığı SİRR: “Tofiq Kazımov qəzada öləndə Səməndər mənə dedi ki...”

Hazırda oxunan: Xalq artistinin 42 il saxladığı SİRR: “Tofiq Kazımov qəzada öləndə Səməndər mənə dedi ki...”

61712

Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, “Şöhrət” ordenli Rafiq Əzimov bu il teatra gəlişinin 60 illik yubileyini qeyd edəcək.

Bizim Media-ya özəl açıqlama verən görkəmli sənətkar 84 illik ömrünün 60 ilini Akademik Milli Dram Teatrına bağlayıb. 

Fevralın 6-da doğum gününü qeyd edən sənətkar, 1962-ci ilin sentyabr ayında  ilk dəfə Akademik Milli Dram Teatrının səhnəsinə qədəm qoyduğunu və elə həmin vaxtdan bugünədək ömrünü bu teatra bağlandığını deyir: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan filminin Oskara namizədliyi təsdiqləndi - FOTO/VİDEO


“60 il sanki bir göz qırpımında keçdi. Zarafat deyil, 60 ildir fasiləsiz olaraq eyni teatrda, eyni səhnədə çıxış edirəm. Hərdən düşünürəm ki, nə yaxşı  zamanında bizlər böyük sənətkarları görmüşük. Onlarla tərəf müqabili olmuşuq. Onlardan sənət dərsi almışıq. Təəssüf ki, bu günün gəncləri o dövrün böyük sənətkarlarını görə, onların sənətinə tamaşa edə bilməyiblər. Bu gün sənət adına  nümayiş edilənlərin əsl sənətə aidiyyatı yoxdur. Özləri deyib, özləri gülürlər. Heç tanımaq da olmur ki, bunlar kimdir” 

Rafiq Əzimov bizim zamanımızda hər yoldan keçəni teatra qəbul etməzdilər deyərək, mərhum sənətkar Səməndər Rzayevlə bağlı bir xatirəsini bizimlə bölüşdü: 

“Teatrla, sənətlə bağlı olduğu üçün sizə bir xatirəmi danışmaq istəyirəm. 1980-ci il avqust ayında Tofiq Kazımov avtomobil qəzasına düşərək, həyatını itirdi. Həmin ilin sentyabrında növbəti tamaşadan sonra Səməndər (Səməndər Rzayev) rəhmətliklə qrim otağında geyinirdik. Mən əynimi dəyişdim, qrimimi sildim, birdən gördüm ki, Səməndər hərəkətsiz oturub. Əvvəlcə qorxdum. Dedim bəlkə ürəyi sıxılır. Yaxınlaşdım ki, “Sənə nə olub? Yaxşısanmı?” Səməndər başını çevirib üzümə baxanda gördüm ki, gözləri dolub.

Mənə diqqətlə baxaraq dedi ki: “Əzimov, teatr qurtardı!”. Təsəvvür edin ki, Səməndər bu sözləri deyəndə hələ 1980-ci il idi...” 

Xatırladaq ki, Xalq artisti görkəmli sənətkar Rafiq Əzimov 60 illik sənət fəaliyyəti müddətində Akademik Milli Dram Teatrının səhnəsində yüzlərlə maraqlı obrazlara səhnə həyatı verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO