Moşu Göyəzənlini səhnədən kim uzaqlaşdırıb? – Xalq artistindən ÖZƏL AÇIQLAMA

Moşu Göyəzənlini səhnədən kim uzaqlaşdırıb? – Xalq artistindən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Moşu Göyəzənlini səhnədən kim uzaqlaşdırıb? – Xalq artistindən ÖZƏL AÇIQLAMA

61444

“Son dövrlər hər hansı bir teatrla rejissor, və ya aktyor kimi əməkdaşlıq etmirəm. Yeni çəkilən seriallardan da təklif almıram. Sözün düzü nə  dəvət etmirlər, nə də ki, mən özüm gedib kiməsə təklif etməyəcəm ki?” 

Bu fikirləri Bizim Media-a açıqlamasında Xalq artisti Valeh Kərimov deyib. 

Moşu Göyəzənli obrazı ilə tamaşaçıların yaddaşında qalan Valeh Kərimov, sonuncu dəfə Ağdaş Xalq Teatrında tamaşa hazırlamaq üçün dəvət aldığını, amma koronavirusa yoluxduğu üçün işlərinin yarımçıq qaldığını söyləyib:

“Bir müddət müalicə aldım, indi tam sağalmışam. Özümü yaxşı hiss edirəm. Səhhətim qaydasındadır, səsim, duruşum yerindədir. Təəssüf olsun ki, səhnəyə çıxmaq gücüm-qüvvətim olduğu zamanda mənə qarşı olan soyuq münasibətin səbəbini anlaya bilmirəm. Nə deyim, yəqin dünya belə gətirdi, zəmanə belə oldu”.  

Xatırladaq ki, Xalq artisti Valeh Kərimov sonuncu dəfə Sumqayıt Dövlət Dram Teatrında İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyasında Seyfi obrazında çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO