Bu gün xanəndə Arif Babayevin 84 yaşı tamam olur

Bu gün xanəndə Arif Babayevin 84 yaşı tamam olur

Hazırda oxunan: Bu gün xanəndə Arif Babayevin 84 yaşı tamam olur

61001

Bu gün Azərbaycan xanəndəsi, professor, Azərbaycan SSR xalq artisti, Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri Arif Babayevin 84 yaşı tamam olur.

Bizim.Media xatırladır ki, Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib (1962). Azərbaycan Dövlət Filarmoniyasında (1963–1966), Azərbaycan Dövlət Opera və Balet Teatrında (1966) çalışıb.

O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaradıb.

1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonar isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov-"Leyli-Məcnun", "Əsli və Kərəm "), Aşıq Qərib (Z.Hacıbəyov-"Aşıq Qərib"), Camal (Ş.Axundova-"Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb.

Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzTR Fonduna daxil olub.

1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra — 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub.

1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Xalq artisti Arif Babayev hazırda Milli Konnservatoriyanın muğam kafedrasının müdiridir. O, eyni zamanda Xəzər Universitetində muğam dərsi də verir.

Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur.

Xüsusilə , "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO