“Ekspo 2020”-də “Dostluq” xalçası təqdim edildi - FOTO

“Ekspo 2020”-də “Dostluq” xalçası təqdim edildi - FOTO

Hazırda oxunan: “Ekspo 2020”-də “Dostluq” xalçası təqdim edildi - FOTO

60825

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyində keçirilən “Ekspo 2020” dünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Fondu və “Azərxalça” ASC tərəfindən təşkil olunan tədbirdə “Dostluq” xalçasının təqdimatı olub.

Bizim.Media xəbər verir ki, ənənəvi Azərbaycan xalçaları və yeni müasir dizayn əsasında hazırlanan “Dostluq” xalçası “Azərxalça”nın yaradıcı komandası ilə Azərbaycanın əməkdar rəssamı Rəşad Ələkbərovun birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib.

Xalçanın yaradılması üzrə işlər, o cümlədən dizaynın işlənməsi, çeşidinin hazırlanması, xalçanın özünün toxunması və emalı 7 ay çəkib.

Qeyd edək ki, xalçada Azərbaycanın və Dubay Əmirliyinin məşhur tarixi və müasir abidələri, flora və fauna elementləri əksini tapıb.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO