Uzun müddətdir səhhətindəki problemlərə görə səhnədən uzaq düşən Xalq artisti Afaq Bəşirqızı Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Zal qızı Zalxa” tamaşası ilə yenidən tamaşaçıların görüşünə gəlir.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media-ya danışan aktrisa hazırda səhhətinin yaxşı olduğunu bildirib:
“Müalicəm qaydasında davam edir. Hazırda vəziyyətim çox yaxşıdır. Özüm də indi çəkilişdəyəm, məşqlərimiz gedir. Hər şey əladır. Səhhətimdə yaranan problemlərə görə, bir müddət uzaq qalmışdım, amma indi durumum əladır”, -deyə fəaliyyəti ilə bağlı gələcək planlardan danışmayıb.
Qeyd edək ki, uzun aradan sonra Afaq Bəşirqızı yanvarın 30-da səhnəyə çıxacaq.
Xatırladaq ki, aktrisa onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqlamışdı.
Naibə Məmmədova, Bizim.Media




























































































