Gəncə Tarix və Diyarşünaslıq muzeyində yoxlamalar başlandı

Gəncə Tarix və Diyarşünaslıq muzeyində yoxlamalar başlandı

Hazırda oxunan: Gəncə Tarix və Diyarşünaslıq muzeyində yoxlamalar başlandı

58499

Gəncə Tarix və Diyarşünaslıq muzeyində eksponatların yoxlanılmasına başlanılıb.

Bizim.Media-nın regional bürosu xəbər verir ki, bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən ayrılan xüsusi nümayəndə artıq işə başlayıb.  

Belə ki, Gəncə Tarix və Diyarşünaslıq muzeyinə baş çəkən Mədəniyyat Naziri Anar Kərimov görülən işlərlə yerindəcə tanış olub. Nazir 3 gün ərzində 1000-ə yaxın eksponatın yeni bazaya əlavə olunduğu bildirilib. 

Məlumat verilib ki, muzeyin fondunda 20 000-dən çox eksponat var. Hazırda onların baza qeydiyyatları ilə yoxlanılması və yeni siyahıların tərtib edilməsi prosesi gedir.  

Xüsusi nümayəndə hələlik hər hansı çatışmazlığın olmadığını və yalnız bütün eksponatlar qeydiyyatdan keçdikdən sonra yekun rəyin veriləcəyini bildirib. Məlumat üçün bildirək ki, Gəncə Tarix və Diyarşünaslıq muzeyi 2019-cu ildən təmirə dayandırılıb. Muzey Birinci Vitse Prezident Mehriban Xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən təmir olunub.  

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO