Mədəni sərvətlərin qanunsuz istifadəsinə görə CƏRİMƏLƏR artırılır

Mədəni sərvətlərin qanunsuz istifadəsinə görə CƏRİMƏLƏR artırılır

Hazırda oxunan: Mədəni sərvətlərin qanunsuz istifadəsinə görə CƏRİMƏLƏR artırılır

583987

Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə cərimələr artırılır. 

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Mədəniyyət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikdə əksini tapıb.
 

Layihəyə əsasən, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan Respublikasının ərazisində qanunsuz aparılmasına görə - fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.


Qüvvədə olan qanuna görə, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan Respublikasının ərazisində qanunsuz aparılmasına görə - fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.

Layihəyə görə, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya digər məqsədlərlə tədbirlərin aparılmasına görə – fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.

Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə –fiziki şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə ediləcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO