Sankt-Peterburqda Nizami Gəncəviyə həsr olunmuş sərgi açıldı, Üzeyir Hacıbəylinin abidəsinin təməli qoyuldu - FOTO

Sankt-Peterburqda Nizami Gəncəviyə həsr olunmuş sərgi açıldı, Üzeyir Hacıbəylinin abidəsinin təməli qoyuldu - FOTO

Hazırda oxunan: Sankt-Peterburqda Nizami Gəncəviyə həsr olunmuş sərgi açıldı, Üzeyir Hacıbəylinin abidəsinin təməli qoyuldu - FOTO

57427

Yanvarın 26-da Sankt-Peterburqdakı Mərmər sarayda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Yeddi gözəl” sərgisi açılıb.

Bizim.Media xəbər verir ki, sərginin ekspozisiyası bir neçə tarixi dövrü birləşdirən xalça, zərgərlik, bədii metal, miniatür və teatr-dekorasiya sənətinin, həmçinin klassik musiqi və rəqsin, müasir incəsənətin və deklamasiya layihəsinin sintezindən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov sərginin açılışında çıxış edərək bildirib ki, mədəni əlaqələr xalqların yaxınlaşmasında ən qısa yoldur. 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında möhtəşəm sərginin təşkilinə görə Heydər Əliyev Fonduna, habelə Rus Muzeyinin və Azərbaycan Milli Xalça Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Rus Muzeyinin baş direktorunun müavini vəzifəsini icra edən Qriqori Qoldovski deyib ki, sərgidə tətbiqi incəsənət əsərləri, videoinstalyasiyalar, nadir miniatürlər, toy bəzəkləri və başqa eksponatlar təqdim edilib.

Bu sərgi Nizami Gəncəvi dövründən və onun yaradıcılığının xüsusiyyətlərindən xəbər verən şərq mədəniyyətinin orijinal rəngarəngliyini göstərir.

Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil edilmiş “Yeddi gözəl” sərgisinin ekspozisiyasına Heydər Əliyev Fondunun, Azərbaycan Milli Xalça Muzeyinin və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatları daxildir.

Sərgi mayın 9-na qədər davam edəcək.

Sankt-Peterburqda, həmçinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsinin təməl daşının qoyulması mərasimi keçirilib.

Abidə Bəstəkarlar küçəsində Üzeyir Hacıbəylinin adını daşıyan bağçada Heydər Əliyev Fondunun və Sankt-Peterburq hökumətinin dəstəyi ilə qoyulacaq. Abidənin müəllifi heykəltəraş, Rusiya Rəssamlar Akademiyasının akademiki Aydın Zeynalov olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO