Aşıq Ələsgərin heykəli üçün MÜSABİQƏ başladı

Aşıq Ələsgərin heykəli üçün MÜSABİQƏ başladı

Hazırda oxunan: Aşıq Ələsgərin heykəli üçün MÜSABİQƏ başladı

52478

Aşıq Ələsgərin heykəlinin ucaldılması ilə bağlı işlərə start verilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi heykəltəraşlar arasında müsabiqə elan edib.

MÖVZU İLƏ BAĞLI:

İstedadlı uşaqlar Aşıq Ələsgərin yubiley tədbirinə toplaşdılar - FOTO/VİDEO


Müsabiqə 23 dekabr 2021-ci il - 15 mart 2022-ci il tarixlərində keçiriləcəkdir. Eskiz layihələr “Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcəkdir.

Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra 30 mart 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaqdır.

Qeyd edək ki, 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyi Dövlət səviyyəsində qeyd olunub.

Həmçinin, Prezident İlham Əliyev Bakı şəhərində aşığın heykəlinin ucaldılması ilə bağlı sərəncam imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO