İstedadlı uşaqlar Aşıq Ələsgərin yubiley tədbirinə toplaşdılar - FOTO/VİDEO

Hazırda oxunan: İstedadlı uşaqlar Aşıq Ələsgərin yubiley tədbirinə toplaşdılar - FOTO/VİDEO

47648

Aşıq sənətinin görkəmli nümayəndəsi, Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Saz-söz ustadı” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbir Təhsil Nazirliyinin tabeliyində olan Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutub. 

Ədəbi-bədii gecədə mərkəzin bədii qiraət, teatr saz vokal dərnəyinin istedadlı və fəal uşaqların ifasında Dədə Ələsgərin şerləri ifa olunub. Bir-birindən maraqlı saz havaları, aşığın şerlərinə bəstələnmiş mahnılar çalınıb. 

Tədbirə qatılan “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə rəssam bacısı tərəfindən çəkilmiş Aşıq Ələsgərin original varianda portretini hədiyyə edib. O, ədəbi bədii gecənin düzənlənməsində xidmətləri olan 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qətiyə, direktor müavini Kəmalə Əncümənnura, Gənc aktyorlar dərnəyinin rəhbəri Xanım İsmayılovaya və digər müəllim heyətinə təşəkkürlərini bildirib. 

Ədəbi bədii gecə istedadlı uşaqların rəngarəng ifaları ilə davam edib. 
 

Aşıq Ələsgər obrazını isə M.Mehdiyev adına 280 saylı orta məktəbin 9-cu sinif şagirdi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzin Gənc Aktyorlar dərnəyinin üzvü Elcan Bəşirli canlandırıb. Həmçinin Aşıq Ələsgərin “Getmə amandı” qoşmasını səsləndirib. 


Sonda isə Azərbaycan Aşıqlar Birliyinin üzvü Şəhriyar Əliyev, Bakı Dövlət Universitetinin “Dədə Qorqud” Elm-Tədqiqat Labaratoriyasının müdiri Almara Nəbiyeva, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçisi Tutuxanım Məmmədova, eləcə də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının müdir müavini Zahirə Dadaşova və digər qonaqların çıxışları dinlənilib.  

Qeyd edək ki, Prezident İlham Əliyev "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarının ildönümünün təntənəli şəkildə qeyd olunması tapşırılıb. 

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO