Anar Kərimov: “Mədəniyyət və irs bütün təhlükələrdən qorunmalıdır”

Anar Kərimov: “Mədəniyyət və irs bütün təhlükələrdən qorunmalıdır”

Hazırda oxunan: Anar Kərimov: “Mədəniyyət və irs bütün təhlükələrdən qorunmalıdır”

48679

“Sülh anlayışı və sülh naminə mədəniyyət yeni təşəbbüsdur”.

Bizim.Media xəbər verir ki, bunu Mədəniyyət naziri Anar Kərimov ADA Universitetində keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumundakı (“Peace4Culture” Partners Forum) çıxışında bildirib. 

MÖVZU İLƏ BAĞLI:

ADA Universitetində “Mədəniyyət naminə sülh” forumu keçirilir - FOTO


Nazir bildirib ki, forum mədəni irsin qorunması ilə bağlı keçirilir:

“Mədəniyyət və irs bütün təhlükələrdən qorunmalıdır. Bunun üçün də əməkdaşlıqlar vacibdir. Bu konsepsiyanın yaranmasının səbəbi bu ilin yanvar ayında yaranıb. Biz Qarabağın işğaldan azad olunduqdan sonra dağılan mədəni irsi görərək başa düşdük ki, bizim planlarımız o dağıntıları, iqtisadiyyatı yaxşılaşdırılmaqdır. Onların nifrəti bizim mədəni irslərimizin dağılmasına səbəb olub. Biz başa düşdük ki, bu təşəbbüsü artıq həyata keçirilməliyik”. 

Anar Kərimov UNESCO və digər beynəlxalq təşkilatların bu təşəbbüsü dəstəkləyəcəklərinə inamını ifadə edib.

“Sülh mədəniyyətin inkişafına və çiçəklənməsinə böyük töhfələr verəcək. Bu sülh, həmçinin insanlar arasında da olacaq inkişafa aiddir. Bu təşəbbüsün vacib elementi mədəniyyətin rolunu, vacibliyini vurğulamaqdır. Azərbaycan bölgədə dayanıqlı sülhə maraqlıdır”, - deyə nazir vurğulayıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO