Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda beynəlxalq forum keçirilib.
Tədbir Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.
MÖVZU İLƏ BAĞLI:
Bakıda Nizami festivalı keçiriləcək – HAMI DƏVƏTLİDİR - VİDEO
Beynəlxalq forumda Baş nazirin müavini Əli Əhmədov, Mədəniyyət naziri Anar Kərimov, Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, eləcə də 15 xarici ölkədən 40-dan çox alim, elm adamı, dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar, diplomatik korpusun nümayəndələri iştirak edib.
Qeyd edək ki, "Nizami Gənvəvi ili" Prezidentin sərəncamı ilə elan edilib.
Alçina Amilqızı, Bizim.Media