\

\"Şuşa sən azadsan\" filmi TƏQDİM olundu - FOTO

Hazırda oxunan: \"Şuşa sən azadsan\" filmi TƏQDİM olundu - FOTO

44818

Bu gün Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” və “Biz” sənədli filmləri təqdim olunub. 

Bizim.Media xəbər verir ki, Şuşa şəhərinin düşməndən azad edilməsi ilə bağlı bəzi məqamlar ilk dəfə bu filmdə açıqlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda niyə tarixi filmlər çəkilmir? –  ARAŞDIRMA


Şuşanı işğaldan azad edən qəhrəman xüsusi təyinatlılarımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar nümayiş etdirilib.

“Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov, prodüserləri Nazim Hüseynov və Orman Əliyevdir.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimovun sözlərinə görə bugünkü tədbirin özəlliyi əsgər və zabitlərimizin cəsarətini, qələbə əzmini sənədli filmlə tarixin yaddaşına həkk etməkdir:
 

"İnsanların şüuruna təsir edən ən yaxşı vasitə kinodur. Xoşbəxtəm ki, hər iki layihəni Zəfər Gününə qədər təqdim edə bildik. Hər iki filmin bir neçə mesajı var. Bunlardan birii haqq və ədalətin qalib gəlməsi, digər önəmli ikinci mesaj isə bizim böyük xalq olmağımızfdır. Vətən müharibəsi göstərdi ki, biz bir yumruq kimi birləşib Zəfər qazanan böyük xalqıq".


Vətən müharibəsinə həsr olunmuş “Biz” sənədli filmi isə müharibə dövründə fenomenə çevrilən, foto və video materialları yayılan və müzakirə olunan sadə insanlardan bəhs edir.

"Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş “Biz” sənədli filminin ideya müəllifi və rejissoru Orman Əliyev, prodüseri isə Fariz Əhmədovdur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO