Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açdı

Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açdı

Hazırda oxunan: Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” ilə açdı

41791

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı oktyabrın 15-də pandemiyanın doğurduğu ilyarımdan çox fasilədən sonra yeni mövsümünü “Qarabağnamə” tamaşası ilə açıb.

Bizim.Media xəbər verir ki, tamaşanın nümayişindən əvvəl mədəniyyət naziri Anar Kərimov yeni mövsümün başlanması münasibətilə teatrın kollektivini və tamaşaçıları təbrik edib. 

Daha sonra səhnə əsəri nümayiş olunub.
 

MÖVZU İLƏ BAĞLI:

"Almaz" tamaşasına baxa biləcəksiniz - FOTO


​​​​​​​Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Əli Nurzadə, əməkdar artistlər Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Elnar Qarayev aktyorlar İlyas Əhmədov, Elnur Qədirov, Ramin Şıxəliyev, Ləman İmanova, Rada Nəsibova, Cavidan Novruz, Firuzə Balayeva və Fəridə Şahbazova ifa ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO