30 il sonra Şuşa şəhərində Milli Musiqi Günü - Hansı yenliklər olacaq? 

30 il sonra Şuşa şəhərində Milli Musiqi Günü - Hansı yenliklər olacaq? 

Hazırda oxunan: 30 il sonra Şuşa şəhərində Milli Musiqi Günü - Hansı yenliklər olacaq? 

36868

18 sentyabr Milli Musiqi Günündə Şuşada start götürəcək festivalda ABŞ və Polşalı musiqiçilər də iştirak edəcək.

Ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının bu il fərqli bir formatda keçirilməsi planlaşdırılır. Üzeyir Hacıbəylinin doğma yurdu, 30 il sonra azadlığına qovuşmuş Şuşa şəhəri düz bir həftə musiqi aləminin müxtəlif yeniliklərinə ev sahibliyi edəcək.

Mədəniyyət nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, festivalın ilk konserti Şuşa şəhərində keçiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni Şuşa belə olacaq – FOTO 


Sentyabrın 18-i Milli Musiqi Günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert keçirilməsi nəzərdə tutulub.

Bundan başqa sayca XIII olan bu festival çərçivəsində Bakı, Gəncə, Ağdamda bir neçə konsert proqramı davam etdiriləcək.

Festival bu il bir neçə yeniliyə də imza atacaq. Belə ki,  ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start verilib. Bununla ölkədə olan istedadlı gənclərə böyük səhnədə özlərini nümayiş etdirmək üçün şans yaradılıb.

Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan xüsui dəvət olunan məşhur musiqiçilərin də çıxışları da nəzərdə tutulub.  


Xatırladaq ki, pandemiya səbəbilə tədbirlərə yalnız xüsusi dəvətnamələr və COVİD pasportu ilə giriş mümkün olacaq.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO