Direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri AÇIQLANDI

Direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri AÇIQLANDI

Hazırda oxunan: Direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri AÇIQLANDI

258639

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçirilmiş müsabiqənin yekun nəticələri elan edilib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, müsabiqənin test mərhələsində keçid balını toplamış namizədlərdən 42 nəfəri müsahibə mərhələsində iştirak edib, onlardan 20-si müxtəlif vəzifələr üzrə uğur qazanıb.
 

Namizədlər "MyCulture" vahid şəxsi kabineti vasitəsilə müsabiqə nəticələri ilə tanış ola bilərlər. Müsabiqə şərtlərinə əsasən, uğur qazanmış namizədlər beş iş günü ərzində “MyCulture” vasitəsilə vakansiya seçimi edə bilərlər.


Qeyd edək ki, uğur qazanmış namizədlər ən azı 5, ən çoxu isə 20 vakansiya seçmək hüququna malikdirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO