Xatirələrdə həmişə yaşayan böyük məhəbbət şairi Mkayıl Müşfiqin vəfatının 87-ci ildönümü doğulduğu Xızı rayonunun Sayadlar kəndində qeyd edilib.
Ölməz şairin adına olan muzeyə yığışan Müşfiqsevər ədəbi ictimaiyyətin, sənət və mədəniyyət nümayəndələri, həmyerliləri eləcə də ziyalılar şairin xatirəsini hörmətlə anıblar. Çıxışlarda yarımçıq qırılan Müşfiq yaradıcılığından ətraflı danışılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əməkdar artist, müğənni Elza Seyidcahan, yerli şair Nəcmədfin Mürvətov, xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev, M.Müşfiqin əmisi nəvəsi Reyhanə İsmayılzadə, Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadə, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə baş məsləhətçisi Möhsün Bağırov həmişəyaşar Müşfiq poeziyasının özəlliklərindən söz açıblar.
Elza Seyidcahan özünəməxsus tərzdə şairin şeirlərindən nümunələr söyləyib.
Sonra Mikayıl Müşfiqin büstü ziyarət olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Mədəniyyət
15:40 / 06.01.2025
Böyük məhəbbət şairinin vəfatının 87-ci ildönümü doğulduğu torpaqda QEYD OLUNDU – FOTO
Hazırda oxunan: Böyük məhəbbət şairinin vəfatının 87-ci ildönümü doğulduğu torpaqda QEYD OLUNDU – FOTO
Hazırda oxunan: Böyük məhəbbət şairinin vəfatının 87-ci ildönümü doğulduğu torpaqda QEYD OLUNDU – FOTO
228720
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.