ABŞ-da Respublika Gününə həsr edilən FİLM - VİDEO

ABŞ-da Respublika Gününə həsr edilən FİLM - VİDEO

Hazırda oxunan: ABŞ-da Respublika Gününə həsr edilən FİLM - VİDEO

22666

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu 28 may - Respublika Gününə həsr olunmuş ingilis dilində qısa film hazırlayıb.

Konsulluqdan Bizim.Media-ya verilən xəbərə görə, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürasının müşayiəti ilə təqdim olunan, rəngarəng şəkil və videoların əks olunduğu filmdə Azərbaycan Demokratik Respublikasının (ADR) 1918-ci ildə qurulduğu və müsəlman dünyasında ilk dünyəvi demokratik ölkə olduğu qeyd edilir.

Film Azərbaycanın Argentina və Yunanıstandakı Səfirlikləri tərəfindən müvafiq olaraq ispan və yunan dillərinə də tərcümə olunub.

Qeyd olunub ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artıb. Bunu nəzərə alaraq, 2019-cu ildən başlayaraq, Los Ancelesdəki Baş Konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 24 film hazırlayaraq geniş şəkildə yayıb. Filmlərin bəziləri dünyanın digər aparıcı dillərinə də tərcümə olunub

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO