Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreyanın qadın yazıçısı Han Qana verilib. O, "tarixi travma ilə üzləşən və insan həyatının kövrəkliyini təcəssüm edən poetik nəsrə" görə bu ada layiq görülüb.
Bizim.Media xarici mətbuata istiandən xəbər verir ki, Han Qan öz əsərində tarixi travmaları və görünməz qaydalar toplusunu araşdırır və hər bir əsərində insan həyatının kövrəkliyini təcəssüm edir.
Bununla bağlı Nobel Komitəsinin press-relizində deyilir: "O, bədən və ruh, dirilər və ölülər arasındakı əlaqəni yaxşı dərk edir.
Yazıçı poetik və eksperimental üslubu ilə müasir nəsrdə novatora çevrilib".
Keçən il Nobel Komitəsi Ədəbiyyat Mükafatını norveçli yazıçı Jun Fosseyə vermişdi.
Bizim.Media