BMT-nin 79-cu Baş Assambleyası çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti Ali Səviyyəli Toplantısı sentyabrın 25-26-da Nyu-Yorkda keçiriləcək.
Bu barədə Bizim.Media-ya Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.
“Etimad və qlobal idarəetmə, iqlim tədbirləri: BMT-nin gələcək sammiti ilə COP29-un əlaqələndirilməsi” mövzusuna həsr olunan 30-cu Ali Səviyyəli Toplantı BMT Baş Assambleyası çərçivəsində sabiq ölkə və hökumət başçılarının ən böyük toplantısı sayılır. Toplantının işində İngiltərə, Latviya, Türkiyə, Bolqarıstan, Belçika, Avstriya, Norveç, İsrail, Finlandiya, Xorvatiya, Sloveniya, Slovakiyanın sabiq liderləri ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Davamlıq İnkişaf Proqramı, bir sıra təşkilatları, o cümlədən Baş Assambleyanın 67, 72, 73, 75, 77, 78-ci prezidentləri qatılacaq.
Qlobal idarəetmə, COP29, sağlamlıq, miqrasiya, qadınların cəmiyyətdə rolu, ətraf mühitlə mübarizədə maliyyələşmə və bir çox digər qlobal məsələlərin müzakirə olunacağı toplantıda COP29-a hazırlıq, tematik günlər, qlobal istiləşməni 1,5C səviyyəsində saxlanılması öhdəliyinin təmin olunması, enerji keçidi üzrə təşəbbüslər müzakirə olunacaq.
Qeyd edək ki, toplantı çərçivəsində “Nizami Gəncəvi Beynəlxalq Mükafatı” yeni sahiblərinə təqdim olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
16:33 / 08.09.2024
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantısı Nyu-Yorkda keçiriləcək
Hazırda oxunan: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantısı Nyu-Yorkda keçiriləcək
Hazırda oxunan: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantısı Nyu-Yorkda keçiriləcək
210542
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.