Mədəniyyət Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxslər KİMDİR? – DOSYE

Mədəniyyət Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxslər KİMDİR? – DOSYE

Hazırda oxunan: Mədəniyyət Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxslər KİMDİR? – DOSYE

209650

Xəbər verdiyimiz kimi, Orxan İsgəndərov Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə, Seymur Hüseynov isə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.

Bizim.Media onların dosyesini təqdim edirik:
 

MÖVZU İLƏ BAĞLI:

Orxan İsgəndərov və Seymur Hüseynov yüksək vəzifəyə TƏYİN EDİLDİLƏR - FOTO


Orxan İsgəndərov

O.İsgəndərov 1993-cü ildə anadan olub. Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavriat, ADA Universitetində beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb. O, daha əvvəl Dövlət Məşğulluq Agentliyinin İnsan resursları departamentində böyük mütəxəssis vəzifəsində çalışıb.

Seymur Hüseynov

S.Hüseynov 1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi kibernetika ixtisası üzrə bakalavriat, biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb. O, daha əvvəl Azərbaycan Respublikasınının Mədəniyyət Nazirliyində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Katibliyinin koordinatoru və Global Entrepreneurship Network-də (GEN) icraçı direktor vəzifələrində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO