Lavrov Bakıda Müqəddəs Məryəm Mövlud kilsəsində - FOTOLAR

Lavrov Bakıda Müqəddəs Məryəm Mövlud kilsəsində - FOTOLAR

Hazırda oxunan: Lavrov Bakıda Müqəddəs Məryəm Mövlud kilsəsində - FOTOLAR

20865

Azərbaycanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı şəhərindəki Müqəddəs Məryəm Mövlud kilsəsini ziyarət edib, burada aparılan bərpa işlərinin gedişi ilə tanış olub.

Bizim.Media xəbər verir ki, Rusiya XİN-in rəhbəri bu məbədin binasının 1896-cı ildə xeyriyyə vəsaitləri hesabına inşa edilməsi barədə məlumatlandırılıb. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra kilsənin fəaliyyəti dayandırılıb, onun binasından kazarma kimi istifadə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov Bakıda “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksini ziyarət etdi - FOTO


Qeyd olunub ki, 1944-cü ildə Müqəddəs Məryəm Mövlud kilsəsi yenidən öz qapılarını dindarların üzünə açıb.  2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə məbəddə genişmiqyaslı bərpa işləri başlanıb.

Rusiya XİN rəhbəri və Rusiya nümayəndə heyətinin üzvləri kilsənin inzibati binasında da olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO