Maksim Qalkinin milyonçu qardaşının BAŞI DƏRDDƏ - FOTO

Maksim Qalkinin milyonçu qardaşının BAŞI DƏRDDƏ - FOTO

Hazırda oxunan: Maksim Qalkinin milyonçu qardaşının BAŞI DƏRDDƏ - FOTO

197052

Rusiyada “xarici agent” statusu aldıqdan sonra ölkəsindən didərgin düşən yumorist Maksim Qalkinin böyük qardaşı axtarışa verilib.  

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, illərlə hüquq-mühafizə orqanlarında xidmət edən Dmitri Qalkinin Rublyovkadakı evində və ofisində axtarışlar aparılıb, kompüterlər və digər avadanlıqlar götürülüb. 

Axtarışlar Müdafiə Nazirliyində baş vermiş oğurluq işi ilə bağlıdır.  

2015-ci ilə qədər Qalkin “Hərbi-Sənaye Şirkəti” MMC-nin baş direktoru vəzifəsində çalışıb. Bu, Rusiya Müdafiə Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının ehtiyacları üçün yüngül təkərli zirehli maşınların tərtibatçısı və istehsalçısıdır. İstehsal edilən məhsullar arasında “Tiger” adlı zirehli avtomobil, “BTR-80” və “BTR-82” var. Şirkətin uzaqdan idarə olunan silah stansiyası üçün patenti də var. 

Hazırda Qalkin “Sr. Weapon Workshops” MMC-nin həmtəsisçisidir. O, bu təşkilatda 25%-ə sahibdir. Müdafiə Nazirliyinin ehtiyacları üçün sursat istehsal edir. 

Məşhur şoumenin böyük qardaşına qarşı iddiaların mahiyyəti məhkəmə ilə bağlı ola bilər. Belə ki, “Deqtyarev adına zavod” 2023-cü ilin yanvarında imzalanmış tədarük müqaviləsi çərçivəsində Qalkin şirkətindən 2,1 milyon rubl borcun qaytarılmasını tələb edir. 

Hazırda sözügedən məsələ ilə bağlı hüquq mühafizə orqanları məşğul olur. 

Qeyd edək ki, Alla Puqaçova ailəsi ilə birlikdə İsrailə qaçarkən əri Maksim Qalkinin qardaşı tərəfindən sığınacaq almışdılar. Dmitri məşhur qohumundan 12 yaş böyükdür. Maksim şou-biznesdə ilk addımlarını təzəcə atanda Dmitri ona hər cür himayədarlıq edib. Deyilənə görə, böyük qardaş Alla Borisovna ilə görüşə töhfə verib. Gələcək həyat yoldaşlarının ilk dəfə görüşdüyü konserti məhz o təşkil edib. 2021-ci ildə Qalkin və onun “Silah Atelyeləri” 1,2 milyard rubl qazanıb, bunun 49 milyonu müəssisənin xalis mənfəətidir. O, həmçinin Kameşkovski Texnologiya Mərkəzinin zavodunun bir hissəsinə sahibdir, lakin sənədlərə görə zavod heç bir mənfəət gətirmir. İş adamı silahların utilizasiyası da daxil olmaqla daha dörd şirkəti bağlamalı olub. Bir neçə il əvvəl Dmitri İsrailə köçüb və Rusiyadakı biznesini minimuma endirib. 

Qalkin ikinci dəfə evlənib. İlk evliliyindən Nikita adlı bir oğlu var. İkinci evliliyindən - oğlu Qrişa və qızı Alina. Yeri gəlmişkən, Puqaçova qızın xaç anasıdır. Qalkinin qardaşları çox yaxındırlar, ailələri dostdur. 


 
Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO