Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasiminin sonunda hərbi vətənpərvərlik mahnıları səsləndirilib.
Bizim.Media xəbər xəbər ki, Elmlər Akademiyasının bağına toplaşan şəhər sakinləri və paytaxtımızın qonaqları üçün ilk olaraq Nəsibə Bədəlbəylinin ifasında Gənc leylenant mahnısı səslənib.
MÖVZU İLƏ BAĞLI:
Anar Rzayev: “Yazıçılıq tənhalıq peşəsidir” - FOTO
Xanım ifaçının digər mahnıları da festivala gələnlərin zövqünü oxşayıb.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Bizim.Media