Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO 

Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO 

Hazırda oxunan: Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO 

192401

Mayın 19-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında çal-çağırlı bir gün olacaq. Həmin gün Mədəniyyət Nazirliyinin və “Xəzər” Universitetinin dəstəyi ilə Aşıq Ramin Qarayevin “Sazımda-avazımda” adlı solo konserti baş tutacaq. Xalq artisti Alim Qasımovun da çıxış edəcəyi konsertdə “Xəzər” Universitetinin Kamera Orkestri və Elman İbarahiminin rəhbərliyi ilə “Bakı-Təbriz” qrupu da yer alacaq. Konsertdə ilk dəfə klassik aşıq havaları sazla yanaşı Kamera  Orkestrininin ifasında səslənəcəq. 

Konsertə olan marağı nəzərə alaraq Bizim.Media Aşıq Ramin Qarayevdən müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

- Ramin bəy, Azərbaycan musiqi sənətində bir ilkə imza atmağa hazırlaşırsınız. Hazırlıq necə gedir?

- Düzünü deyim ki, çox həyəcanlıyam. Bu zamanlarda çox konsertlərim olub. Amma bu qədər  həyəcan keçirməmişəm. Bu da onunla bağlıdır ki, biz bu dəfə tamaşaçılara və musiqi sevərlərə aşıq musiqisi ilə kamera musiqisinin sintezini təqdim edəcəyik. Ona görə də bu dəfəki solo konsertim ənənəvi şəkildə deyil, tam yeni tərzdə, yeni nəfəsdə və yeni ruhda olacaq.İnşallah, Azərbaycanın musiq tarixində bir ilkə imza atmağa hazırlaşırıq.

- Konsertdə daha hansı yeniliklər olacaq?

- Qoy bu sürpiriz olaraq qalsın... Amma onu deyə bilərəm ki, gecədə konsert qrupunun rəhbəri Elman İbrahimidir. O həm də “Bakı-Təbriz” qrupunun rəhbəridir. Kamera orkestrinin rəhbəri isə Respublikanın əməkdar müəllimi Zülfiyyə Sadıqovadır. Orkestirovka işlərini isə bəstəkar Sevda Rəhimovanın üzərinə düşüb.

- Bəs, yenilik barədə nə deyə bilərsiniz?

- Konsertdə tamaşaçılar klassik açıq havalarını yeni formatda, sazda və kamera orkestrinin ifasında dinləyəcəklər.Nəzərinizə çatdırıram ki, bu musiqi tariximizdə bir ilkdir. Təvazökarlıqdan uzaq da olsa layihəmiz çox uğurlu alınıb. Musiqisevərlər yeni layihədən əminəm ki, məmnun qalacaqlar.

- Sizin repertuarınızda hansı mahnı və musiqilər yer alacaq?

- Repertuarımda klassik aşıq musiqiləri ilə yanaşı, bəstəkar mahnıları da olacaq. Özümün bəstələdiyim bir neçə aşıq havasını da tamaşaçılara təqdim edəcəm. Amma əsasən klassik aşıq havalarının yeni formatda və yeni məzmunda təqdimatı olacaq. Məsələn, yüz illərin o tayından gələn “Mənsuru” aşıq havası var. Bu hava əsasən Borçalı aşıq məktəbində geniş yayılıb. Biz bu havanın yeni sintezini yaratmışıq. Bundan əlavə “Koroğlu dubeyti”sini də dinləyicilər kamera orkestrinin və sazın birgə ifasında eşidəcəklər.

- Yeni layihənin Beynəlxalq aləmdə təqdimatı barədə nə düşünürsünüz?

- Bu vaxtadək mən özüm aşıq sənətimizi dünyanın 17 ölkəsində təqdim eləmişəm. Növbəti illərdə isə təbii ki, aşıq musiqisini kamera orkestri ilə birgə təqdimatına və təşviqinə çalışacam. Əminəm ki, bu layihəmiz klassik musiq həvəskarlarının çox xoşuna gələcək və bununla da biz aşıq musiqisini daha çox ölkədə, daha böyük coğrafiyada sevdirə biləcəyik.

- Sonda bir sualımız var. Konsert həvəskarları biletləri haradan əldə edə bilər?

Biletləri şəhərin bütün kassalarından, ASAN Xidmət mərkəzlərindən, İTİCKET.az saytından, 28 və Gənclik malldan əldə etmək olar. Bəri başdan deyim ki, gələnlər çox gözəl və yaddaqalan bir axşam yaşayacaqlar.
 


Surxay Atakişiyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO