Dünyanın ən yaxşı qar filmləri- FOTOLAR

Dünyanın ən yaxşı qar filmləri- FOTOLAR

Hazırda oxunan: Dünyanın ən yaxşı qar filmləri- FOTOLAR

165699

Qışın, qarın öz romantikası, melonxoliyası var. Bu duyğuları qarla birlikdə filmə gətirmək dünya kinosunun hər zaman marağında olub. Qar bəzən saflığın, bakirəliyin, təmizliyin, bəzən isə sərtliyin, boşluğun, intəhasızlığın göstəricisi olub.

Moderator.az dünya kinosunda qardan bəhs edən, ön planda qarın dayandığı bir neçə filmi təqdim edir:

"Qızıllara hücum"- 1925-ci ildə çəkilən ağ-qara filmin rejissoru məşhur aktyir Çarli Çaplindi. Bir zamanlar qızıl axtarmaq üçün soyuq şimala, xüsusən də, Kanadanın ucqarlarına axın edən xəzinə ovçularının macəralarından bəhs edir:


"Parıltı-1980"- Məşhur rejissor Kubriç tərəfindən lentə alınıb. Qış aylarında bir ailənin 3 nəfərlik bir ailənin boş qalan oteldə işləməsi ilə başlayır. Qarlı qış aylarında bütün dünyadan təcrid olunan oteldə sadəcə bu üç nəfər var. Müəmma dolu film qorxulu səhnələri ilə də zəngindir:


"Farqo"- 1996-cı ildə çəkilib. Qarla başlayıb, qara da bitir. Qar filmdə metaforadır- hər şeyin intəhasız sükuta qərq olmasına bir işarədir. Arvadının qaçırmaq üçün iki başqa adamla razılaşan qəhərmanın əsas məqsədi qayınanasından yüksək məbləğdə pul qopartmaqdır:


"Qanıma qovuş"- Tomas Alfredsonun çəkdiyi film skandinav xalqlarının psixikasını əks etdirir. Bu ölkələr üçün qar tamam başqa rəmzdir, bir növ həyat tərzidir. Eli hamıdan kənarda yaşayan vampir qızdı. Oskarla tanışlıqdan sonra aralarında sevgi macəraları yaşanır. Vampir qızla insanın sevgisi qarlı Stokholmla maraqlı sintez təşkil edir:

"Dirilmə"-Son illərin ən yaxşı filmlərindən hesab olunur. xa0Rejissoru İnnariti, baş rolun ifaçısı isə Leanardo Di Kapriodur. Xəyanətlə üzləşən ovçunun sərt qarda, boranda min bir çətinlik hesabına sağ qalmasından bəhs edir:


Hazırladı: Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO