Azərbaycan ədəbiyyatının bəzi nümayəndələri kino ilə də əlaqəli şəxslər olublar. İstər poeziya, istərsə də nəsrimizdə çox güclü şair-nasirlər müxtəlif filmlərin ssenariçisi və redaktorları olub. Amma elələri də olub ki, onlar bu işlərlə bərabər, filmə aktyor kimi də çəkiliblər. Bəziləri böyük, bəziləri isə epizodik rollara.
Moderator.az-ın təqdim edəcəyi yazıda onların bir neçəsi haqqında məlumat veriləcək:

Nüsrət Kəsəmənli- Mərhum Nüsrət Kəsəmənli 1989-cu ildə ekranlaşdırılan “Doğma sahillər”x9d filmində İran generalı obrazını canlandırıb. Rejissor Əbdül Mahmudov tərəfindən lentə alınan film Azərbaycan sərhədçilərinin şərəfli peşə fəaliyyətindən bəhs edir. Film məhz Azərbaycanın ilk sərhəd generalı Mustafa Nəsirova həsr edilib. Baş rolun ifaçısı olan Tariyel Qasımov da (Musa Nəsibov) bu şəxsin prototipidir.
xa0

Vaqif Səmədoğlu- 1991-ci ildə ekranlaşdırılan “Bəxt üzüyü bədii filminin ssenariçisi Xalq şairi Vaqif Səmədoğlu olub. Şair ssenarist kimi çəkilişlərə nəzarət etməklə yanaşı, həm də epizodik limonad satıçısı rolunda da çəkilib.
Düzdür, bəzi mənbələrdə deyilir ki, guya limonad satacaq adam gəlmədiyindən V. Səmədoğlu özü bu missiyanı həyata keçirmək istəyir. Filmin çoxsaylı çəkiliş qrupundan, texniki heyətdən xa0hər hansı bir nəfərin bu işi asanlıqla görə biləcəyini nəzərə alaraq şairin kimisə məcburiyyətdən əvəz etmə versiyası aradan qalxır. Sadəcə, unikal insan olan Vaqif Səmədoğlu özü öz istəyinə uyğun hərəkət edir.
Natiq Rəsulzadə - O, Xalq yazıçısı Maqsud İbrahimbəyovun 1977-ci ildə lentə aldığı "De ki, məni sevirsən" filmində yer alıb.
Film 1977-ci ildə "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Film Maqsud İbrahimbəyovun həm kino aləmində debütü, həm də diplom işidir. Filmin ssenarisi də onun özünə aiddir. Filmdə gənclərlə yanaşı, Məlik Dadaşov, Tələt Rəhmanov, Nodar Şaşıqoğlu, Larisa Xələfova kimi tanınmış aktyorlar da çəkiliblər. Baş rolun ifaçısı isə yazıçı Natiq Rəsulzadədir. O, filmdə müstəntiq Natiq obrazını canlandırıb.xa0
İsi Məlikzadə - xa0İsi Məlikzadə 1985-ci ildə ekranlaşdırılan “Qanlı zəmi”x9d (“Atları yəhərləyin”x9d) filmində xəsis tacir obrazını canlandırıb. Xalq qəhrəmanı Qaçaq Nəbi barəsində olan film çox vaxt elə əsas obrazın öz adı ilə xatırlanır. 30-a yaxın filmin ssenari müəllifi olan İsi Məlikzadə yəqin, heç vaxt ağlına gətirməzdi ki, o da nə vaxtsa hansısa filmdə aktyor kimi çıxış edəcək. Amma bu hadisə baş verir: 1985-ci ildə el qəhrəmanı Qaçaq Nəbiyə həsr olunan “Qanlı zəmi”x9d (“Atları yəhərləyin”x9d) filmində sırf təsadüf nəticəsində o, ikinci dərəcəli bir obrazı canlandırır. Yazıçının adı filmin titrlərində getməsə də, yüksək ifa səbəbindən bütün çəkiliş qrupunu təəccübləndirə bilir.xa0

Çingiz Əlioğlu - Mədəniyyət və Turizm Nazirliyində nəşriyyat sektorunun müdiri Çingiz Əlioğludur. O, 1971-ci ildə Anarın “Gürcü familiyası”x9d hekayəsi əsasında çəkilmiş “Gün keçdi”x9d filmində ingilis dili müəllimi Camal obrazını oynayıb. Şairin filmə dəvət edilməsi də təsadüf nəticəsində baş verib. O günlərin bir günü parkda dincələrkən filmin rejissoru Arif Babayevin diqqətini cəlb edib. Daha sonra sınaqlara cəlb olunan şair bu obrazı canlandırmnalı olub.
Elmin Nuri
xa0



































































































