Səidə Quliyeva: “Mənə də qaranlıq qalıb ki, kinomuzun keyfiyyəti niyə aşağı düşüb”

Səidə Quliyeva: “Mənə də qaranlıq qalıb ki, kinomuzun keyfiyyəti niyə aşağı düşüb”

Hazırda oxunan: Səidə Quliyeva: “Mənə də qaranlıq qalıb ki, kinomuzun keyfiyyəti niyə aşağı düşüb”

163766

Azərbaycanda film sektoru demək olar ki, iflic vəziyyətindədir. Mütəxəssislər bildirir ki, Azərbaycanda kifayət qədər gənc, bacarıqlı, peşəkar aktyor və aktrisalar olsa da, kino sahəsindəki keyfiyyət olduqca aşağıdır. 

Bəs bunun səbəbi nədir? 

Xalq artisti, aktrisa Səidə Quliyeva Bizim.Media-ya bildirib ki, Azərbaycanın film sektorunda sanki hamı gözləmə mövqeyindədir: 
 

MÖVZU İLƏ BAĞLI:

Hər şeyin təzəsi, kinonun KÖHNƏSİ... – Niyə yeni filmlər keçmişdəkilər qədər BAXIMLI DEYİL?


“Mən təkcə respublikada yox, dünyada tanınmış məşhur rejisorlarla işləmişəm. Onlardan biri də Vaqif Mustafayevdir. Təəssüflər olsun ki, ondan sonra mən heç bir film rejisoru ilə çalışmamışam. Deməzdim ki, Azərbaycanda bacarıqlı gənc kadrlar yoxdur. Sadəcə onlara istiqamət verilməli, maliyyə köməkliyi göstərilməlidir. 

Film sahəsi  bizdə pərakəndə halını alıb. 

Mənə də qaranlıqdır ki, Azərbaycanda kino sektorunda keyfiyyət niyə aşağı düşüb. Bunu bu sahəylə məşğul olan rəhbər şəxslərlə danışıb öyrənmək lazımdır. Çünki bizdə Sovet dövründə və ondan sonra film sahəsi çox yaxşı inkişaf etmişdi. Hazırda isə çəkilən bir və ya iki filmlə biz deyə bilmərik ki, Azərbaycanda kino sahəsi inkişaf edib və ya geri qalıb. 

Hal-hazırda bu sahədə durğunluq yaşanır. Biz sənət adamları istəyərdik ki, yaxşı filmlər çəkilsin, ssenarilər yazılsın, maddi durum yaxşı olsun və biz də dəvət olunaq. Elə bil ki, hamı gözləmə mövqeyindədir. Lakin bizlər nəyi, nə vaxt gözləyirik, bilmirəm”.  

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO