Bakı dünyanın məşhur turist şəhərləri siyahısında ilk beşlikdə yer alıb

Bakı dünyanın məşhur turist şəhərləri siyahısında ilk beşlikdə yer alıb

Hazırda oxunan: Bakı dünyanın məşhur turist şəhərləri siyahısında ilk beşlikdə yer alıb

161178

Nüfuzlu tripadvisor.com səyahət məsləhətçisi saytının ötən ilin oktyabrından bu ilin oktyabr ayına qədər topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri beşinci yerdə qərarlaşıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, reytinq siyahısı 43 istiqamət üzrə xüsusi uçuşlar, hotel və restoranların bron edilməsi və artan turist maraqları əsasında hazırlanıb. Saytın Asiya-Sakit okean regionu üzrə kommunikasiyalar direktoru xanım Janis Li Fanq reytinq sıralamasında önə çıxan şəhərlərin 2017-ci ildə də səyahət üçün üstünlük verilən məntəqələr arasında olacağına ümid etdiyini bildirib.xa0

Siyahıda San-Xose-del-Kabo (Meksika), Uistler (Kanada), Jijoka de Jerikuakuara (Braziliya) və Kihei (Havay, ABŞ) kimi məşhur turistik ünvanlar yer alıb.

Saytın təqdim etdiyi onluqda həmçinin El-Nido (Filippin), Eylat (İsrail), Las-Palmas (İspaniya), Tbilisi (Gürcüstan) və Jodhpur (Hindistan) kimi şəhərlərin də adları yer alır.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO