Bu günlərdə bəstəkar Aygün Səmədzadənin məşhur “Tut ağacı”x9d mahnısı Türkiyənin “O səs Türkiyə”x9d musiqi yarışmasında anonim kimi təqdim edildi. Hələ üstəlik mahnı məşhur “Tut ağacı boyunca”x9d xalq mahnımızla qarışdırıldı. Mahnının müəllifi Aygün Səmədzadə də haqlı olaraq bu vəziyyəti xoş qarşılamadığını bildirdi. xa0
Qeyd edək ki, belə hal ilk dəfə deyil ki, baş verir. Bundan əvvəllər də həm “O səs Türkiyə”x9d yarışmasında, həm də digər proqramlarda dəfələrlə olub ki, Azərbaycan mahnıları anonim kimi təqdim edilib. Düzdür, qardaş ölkədə eyni qanı daşıdığımız Türk qardaşlarımızın bizim xalq və bəstəkar mahnılarımızı səsləndirməsi çox xoş hadisədir. Ancaq mahnılarımızın müəlliflərinin adının çəkilməməsi, həmçinin Azərbaycan xalq mahnısı olduğu qeyd edilməməsi heç də xoş deyil. Bu məsələdə düşmən xalqlardan gördüyümüz rəftarın eynisini qardaşlarımızdan görmək daha ağırdır.
Maraqlıdır, aidiyyati qurumlar, əsasən də Azərbaycan Müəllif Hüquqları Agentliyi bu istiqamətdə hansısa işlər görürmü?xa0
Moderator.az-ın bununla bağlı sualını Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov cavablandırıb.xa0
Kamran İmanov bildirib ki, bununla bağlı tədbir görülür:xa0
“Türkiyənin Mədəniyyət Nazirliyinin nəzdində Telif Hakları Genel Müdürlüğü ilə sıx əlaqəmiz var. Bir dəfə bundan əvvəl bir mahnımızı anonim olaraq təqdim etmələrinə görə həmin idarəyə müraciət göndərmişdik. İndi də Aygün Səmədzadənin mahnısının anonim kimi təqdim edilməsindən xəbərimiz var və bununla bağlı da məktub hazırlanır. Belə faktlar əlbəttə ki, qəbuledilməzdir. Biz hər zaman öz bəstəkarlarımızın müdafiəsində dayanmışıq və indi də axıra qədər də gedəcəyik”x9d.
Rumiyyəxa0






































































































