Rəşad İlyasov:

Rəşad İlyasov: "Qənirə xanımın üzünə baxanda xəstə olduğu hiss olunurdu" – ÖZƏL

Hazırda oxunan: Rəşad İlyasov: "Qənirə xanımın üzünə baxanda xəstə olduğu hiss olunurdu" – ÖZƏL

157531

"Qənirə xanım sözün əsl mənasında Azərbaycan vətəndaşı idi. Onunla dəfələrlə görüşmüşəm, tədbirlərdə iştirak etmişəm. Milli Məclisə Qənirə xanımın yanına getmişəm. Gördüm ki, onun səhhəti yaxşı deyil. Üzünə baxanda onun xəstə olduğu hiss olunurdu". 

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Əməkdar artist Rəşad İlyasov millət vəkili Qənirə Paşayeva ilə vida mərasimində deyib. 

Sənətçi bildirib ki, Q.Paşayeva ilə söhbəti zamanı onun xəstə olduğunu hiss edib. İlyasov vurğulayıb ki, mərhum işlərinin çox olması səbəbi ilə sutkada üç-dörd saat yatırmış: 

"Deyirdi ki, çoxlu tünd çay və qəhvə içirəm ki, yuxum qaçsın. Söylədim ki, belə etmək olmaz. Cavabında dedi ki, sutkanın yalnız üç-dörd saatını yatıram. İşlərim tökülüb qalıb. Yanıma bu qədər insan gəlib-gedir. Onların problemi ilə tanış olub, yardım etməliyəm. Qənirə xanımla belə bir dialoqumuz oldu.

Türkiyədə zəlzələ olanda ilk səfərbər olan insanlardan biri Qənirə Paşayeva idi. Qənirə xanım türk dünyasının sevilən adı idi. Yaddaşımda yalnız belə qaldı... O, xalqını, Vətənini sevən, işinə çox həssaslıqla yanaşan, üzərinə düşən missiyanı dəqiqliklə yerinə yetirən şəxsiyyət idi". 
Qeyd edək ki, Q.Paşayeva ötən axşam 48 yaşında müalicə aldığı Mərkəzi Klinik Xəstəxanasında vəfat edib. Mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO