Ölkəmiz IX Nəfəs Alətləri Orkestrləri Beynəlxalq Festivalında təmsil olunub - FOTO 

Ölkəmiz IX Nəfəs Alətləri Orkestrləri Beynəlxalq Festivalında təmsil olunub - FOTO 

Hazırda oxunan: Ölkəmiz IX Nəfəs Alətləri Orkestrləri Beynəlxalq Festivalında təmsil olunub - FOTO 

151930

Azərbaycan IX Nəfəs Alətləri Orkestrləri Beynəlxalq Festivalında təmsil olunub. 

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri Rusiyanın Yekaterinburq şəhərində IX Nəfəs Alətləri Orkestrləri Beynəlxalq Festivalında ölkəni təmsil edib.

Festivala bədii rəhbər-direktor, dirijor, Əməkdar incəsənət xadimi Əlibala Rzayevin başçılığı ilə 36 nəfərlik heyət qatılıb. 
Eyni zamanda Əməkdar artist Aqil Cəfərovun rəhbərliyi ilə Rusiyanın Krasnoyarsk vilayətində fəaliyyət göstərən “Odlar yurdu” Azərbaycan Xalq Mahnı və Rəqs Ansamblı və beynəlxalq və respublika müsabiqələri laureatı, Prezident mükafatçısı, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin solisti Mahir Tağızadə də festivalda orkestrlə birgə çıxış ediblər. 

Festivalda Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub və böyük maraqla qarşılanıb. Konsertin sonunda orkestr festivalın təşkilat komitəsinin diplomu ilə təltif olunub. 

Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri nümunəvi çıxışları ilə festival boyu mədəniyyətimizin yüksək səviyyədə təqdimatına nail olub. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO