Rasim Balayevin ən böyük səhvi

Rasim Balayevin ən böyük səhvi

Hazırda oxunan: Rasim Balayevin ən böyük səhvi

151118

Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də Xalq artisti Rasim Balayevin “BBC News Azərbaycanca”- ya verdiyi müsahibəsində səsləndirdiyi fikirlərdir. Bir çoxları bəzi ifadələrə görə xalq artistini ciddi şəkildə qınayır, hətta kobud ifadə işlətməkdən belə çəkinmirlər.

Təbii ki, hər kəsin söz və fikir azadlığı hüququ var. Lakin, verilən azadlıqdan sui və yaxud nadancasına istifadə etmək həmin şəxsə baş ucalığı gətirmir.
 

MÖVZU İLƏ BAĞLI:

Rasim Balayev “İstiqlal” ordeni ilə təltif edilib


Üstəlik, hər kəsin içində bir senzura, bir vicdan olmalıdır ki, onu haqqı olmayan fikir səsləndirməkdən çəkindirsin. Nə yazıq ki, çoxlarında bu ədalət və obyektivlik hissi çoxdan pozulub. Belələri kiminsə yanlış fikrindən özü üçün gündəm yaratmaq, siyasi dividend qazanmağa çalışır. Nə yazıq ki, bəzən də buna nail olur. Necə ki, Rasim Balayevin əsəblərini cilovlaya bilmədiyi bir zamanda dediyi ifadəni bir çoxları saqqız kimi çeynəyir, Xalq artistinin üzərinə çamur atmaq istəyir. 

Rasim Balayev milli kino mədəniyyətimizin pasportudur

Bəzi üzdəniraqlar bir həqiqəti bilməlidir ki, yüz illər sonra da Rasim Balayevin oyunçuluq məharəti və yaratdığı obrazlar yaşayacaq, seviləcək. Üstəlik, Rasim Balayev ən azı 50 illik bir dövrdə Azərbaycan gəncliyinin kumiri, əksəriyyətin oxşamaq istədiyi Azərbaycan kişisidir. Ona görə də belə bir şəxsiyyət haqqında danışanda belə ehtiyatlı olmaq lazımdır. Hələ onunla ünsiyyət imkanı qazananlar gərək həmin dəqiqələrin qədrin bilə, həmin dəqiqələri əbədiləşdirə.


Çünki, Rasim Balayev Azərbaycan kinosunun sonuncu mogikanıdır. 

“BBC News Azərbaycanca”nın görkəmli sənətkarla müsahibəsi xoş notlarla başlayır. Aparıcı xanım çıxışına Rasim Balayevə onlara müsahibə üçün vaxt ayırdığı görə minnətdarlıq ifadələri ilə başlayır. Lakin, sonradan söhbətin axarı siyasi yönə istiqamət alır. Aparıcı xanım hər vasitə ilə Xalq artistini siyasi fikirlər söyləməyə və hətta bəyanat verməyə məcbur edir. Bütün etiket qaydalarını pozan xanım jurnalist utanmadan Xalq artistini ittiham edir ki, “Siz xalqın problemlərini niyə prezidentə  çatdırmadınız?” 

Bax, burda “torbadakı  pişiyin quyruğu görsənir”. Xalq artistinin hansı mətbu orqanına müsahibə verdiyi göz önünə gəlir. Yəqin ki, Rasim Balayev də müsahibəyə razılıq verərkən bu məqamı unudub. Bəlkə də bu sənətkarın ən böyük səhvidir. Axı, “BBC News Azərbaycanca” kimlərinsə əlindəki rupordur. Və bu rupordan daha çox siyasi məqsədlər üçün istifadə edilir.
Necə ki, ömrünün ahıl yaşına çatmış bir sənət adamını da siyasi bataqlığa çəkmək, onun hansısa fikri ilə siyasi gündəm yaratmaq istədilər. Xalq artistinin dili ilə ölkədə əhalinin sosial durumunun “dözülməz” olduğunu və buna ölkə rəhbərliyinin loyal münasibətini tənqid etməyə cəhd etdilər.

Bu ideyanın müəllifləri istəklərinə çatmadıqları üçün sonda manşetlərə başqa bir fikir daşıdılar:

“Xalq artisti xalqa kütlə dedi”.

Bu isə o deməkdir ki, verilişin sifarişçiləri Xalq artistindən anti-hökümət çağırışlarını eşitməyəndə onun özünü linc etməyə cəhd etdilər: ay aman, Rasim Balayev xalqı təhqir etdi.

Bu azmış kimi Qərbin ölkəmizdəki missionerləri anındaca 50 dəqiqəlik müsahibənin 20 saniyəlik hissəsini sosial şəbəkələrdə paylaşaraq arapozanlıq etmək, Rasim Balayevə qarşı nifrət toxumu səpmək istədilər. Nədi, nədi Rasim Balayev onların dediyini demədi, onlara istədiklərini vermədi.
Ancaq belələri unudur ki, xalq bütün zamanlarda öz müdrikliyini saxlayır. Ola bilsin ki, müəyyən məqamlarda xalq müdrikcəsinə susur. Lakin, susqunluq hələ hər şeyin sonu deyil. Xalq Rasim Balayevi də, “BBC News Azərbaycanca”-nıda və bu mətbu orqanına züy tutanları da yaxşı tanıyır.

Surxay Atakişiyev, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO