Lənkəran Dram Teatrında QALMAQAL – Özbaşınalıqları ifşa edən aktyor İŞDƏN UZAQLAŞDIRILDI

Lənkəran Dram Teatrında QALMAQAL – Özbaşınalıqları ifşa edən aktyor İŞDƏN UZAQLAŞDIRILDI

Hazırda oxunan: Lənkəran Dram Teatrında QALMAQAL – Özbaşınalıqları ifşa edən aktyor İŞDƏN UZAQLAŞDIRILDI

147362

Lənkəran Dövlət Dram teatrında aktyor işləyən Amil İbrahimli işdən kənarlaşdırılıb.

Bu haqda Bizim.Media-ya aktyorun özü məlumat verib. 

Amil İbrahimli şikayətində özünə qarşı olan haqsızlıqları və teatrda baş verən özbaşınalıqları qeyd edib. 

İyul ayının 14-də Lənkəranda mədəniyyət nazirinin qəbulunda olduğunu bildirən Amil İbrahimli ayın 17-də nazirlikdə müvafiq şöbədə qəbulda olub. Qəbulda şikayəti ilə əlaqədar məsələlər müzakirə olunub. Ona məsələnin araşdırılacağı deyilib. 

İki gün əvvəl isə teatrın direktor əvəzi İntiqam Hacılının əmrinə əsasən Amil ibrahimli işdən azad edilib. 

Məsələ ilə bağlı teatrın direktor vəzifəsini müvəqqəti icra edən İntiqam Hacılı ilə əlaqə saxladıq. İntiqam Hacılı suallarımıza əvvəl cavab vermək istəməsədə sonradan redaksiyamızla əlaqə saxlayaraq Amil ibrahimlnin işdən çıxarılma məsələsini təkzib etdi. " Amil İbrahimli işdən çıxarılmayıb" - deyərək fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Lənkəran dövlət dram teatrı ilə bağlı redaksiyamıza dəfələrlə şikayətlər daxil olub. 

Yanvar ayında baş rejissor və aktyor heyəti arasında ciddi qalmaqal yaranmışdı. Məlumata görə, tərəflər bir-birlərinin üzərinə qayçı ilə hücum çəkmişdilər.  

Daha sonra isə ədiblərimizi təhqir edən tamaşa səhnələşdirildiyi üçün yazarlar teatr rəhbərliyinə ciddi və haqlı etiraz etsələr də, rəhbərlik bu məsələni də qulaqardına vurmuşdu. 

Görəsən, İntiqam Hacılının məqsədi nədir? Müvəqqəti icra etdiyi Lənkəran Dövlət Dram Teatırını nüfuzdan salmaq, yoxsa işçiləri bir-birinə düşmən etmək?!

Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO