Moderator.az xəbər verir ki, Sumqayıt şəhəri Nəriman Nərimanov adına xa0mədəniyyət evində Sumqayıt Şəhər İcra Hakimiyyəti xa0və xa0Azərbaycan Respublikası xa0Dini xa0Qurumlarla İş xa0üzrə xa0Dövlət xa0Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbənin birgə xa0təşəbbüsü ilə Komitənin sifarişi əsasında xa0hazırlanmış “Fitnə”x9d bədii sənədli filminin nümayişi olub.
Maarifləndirici xarakter daşıyan filmdə radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərindən bəhs xa0edilir.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini Teymur Səmədov, xa0DQİDK-nin Sumqayıt bölgəsi üzrə şöbənin müdiri Şirin Cəfərov, müəllimlər, din xadimləri, yuxarı sinif şagirdləri, tələbələr iştirak etmişdir.
Sumqayıt Şəhər xa0İcra xa0Hakimiyyəti Başçının müavini Teymur Səmədov çıxış edərək dövlət-din münasibətlərini geniş şərh etdi. O, bildirdi xa0ki, bir xa0çox müsəlman ölkələrində dini radikalizm zəminində baş verən müharibələr, yaşanan insan faciəsi bizləri narahat xa0etməyə bilməz. Ona görə də cəmiyyəti xa0belə xa0zərərli düşüncələrdən uzaq tutmaq xa0üçün DQİDK-nin təşəbbüsü ilə ərsəyə gələn “Fitnə”x9d filmi olduqca təqdirəlayiqdir. Natiq, bu filmin bütün təhsil müəssisələrində nümayiş etdirilməsinin vacib olduğunu vurğuladı.
Daha sonra filmə baxış keçirilib və film ətrafında müzakirələr aparılıb.



































































































