Ermənilər “Koroğlu” uvertürasına necə “sahib” çıxmaq istədilər? – TARİXİ FOTO

Ermənilər “Koroğlu” uvertürasına necə “sahib” çıxmaq istədilər? – TARİXİ FOTO

Hazırda oxunan: Ermənilər “Koroğlu” uvertürasına necə “sahib” çıxmaq istədilər? – TARİXİ FOTO

134438

Haylar tarix boyu təkcə torpaqlarımız deyil, həm də maddi-mənəvi dəyərlərimizə sahiblənməyə çalışıblar. Onlar milli mətbəximizin və musiqimizin ayrı-ayrı nümunələrini zaman-zaman öz adlarına çıxıblar. Ən pisi də odur ki, digər dövlətlər də onlara bu işdə yadım ediblər. Məsələn, son 200 ildə torpaqlarımızın və maddi-mənəvi irsinin erməniləşdirilməsində rusların “böyük əməyi” olub. Fikrimizin sübutu üçün faktlar yetərincədir.

Bizim.Media xəbər verir ki, Rəşid Behbudov fondunun rəhbəri Kamil Şahverdi bu cür hallarla bağlı daha bir faktı təqdim edib.

O bildirib ki, örən əsrin ortalarında, Sovet dönəmində Moskvada bir val buraxılıb. Həmin valın üzərində yazılır:

"Erməni xalq mahnısı "Koroğlu". İfa edir Şoqik Mkrtçyan. Müşayiət edir Q. Mirzəyanın idarəsi ilə xalq çalğı alətləri ansamblı"

Bu val 1950-1960-cı illərdə SSRİ Mədəniyyət Nazirliyinin xətti ilə çap edilərək dövriyyəyə buraxılıb. Baxmayaraq ki, 1937-ci il aprel ayının 30-da Bakıda Üzeyir bəy Hacıbəylinin ölməz "Koroğlu" operasının premyerası böyük uğurla baş tutmuşdu. Üzeyir bəyin "Koroğlu" operası musiqi, teatr aləmində ciddi bir hadisəyə səbəb oldu. SSRİ Mədəniyyət Nazirliyi də bu hadisədən xəbərsiz deyildi.

Buna baxmayaraq bədnam qonşuların bu iyrənc əməllərinin nəinki qarşısını alınmayıb, əksinə buna rəvac verilib.

Bədxah qonşularımızın həyasızlığının ölçüyə gəlməyən həddini bir daha sübut edən bu val hal-hazırda Rəşid Behbudov Fondunun arxivində saxlanılır”.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO