Qarabağda 706 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb

Qarabağda 706 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb

Hazırda oxunan: Qarabağda 706 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb

131867

"Ümumilikdə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində 706 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb". 

Bizim.Media xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib. 

O bildirib ki, onlardan 11-i dünya əhəmiyyətli (6-sı dünya əhəmiyyətli memarlıq, 5-i dünya əhəmiyyətli arxeoloji), 240-1 ölkə əhəmiyyətli (119-u ölkə əhəmiyyətli memarlıq, 121-i ölkə əhəmiyyəti arxeoloji), 455-i yerli əhəmiyyətli (393-ü yerli əhəmiyyətli memarlıq, 23-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə, 22-si yerli əhəmiyyətli arxeoloji abidə, 17-si dekorativ-tətbiqi sənət nümunələri) abidələrdir. 

"Bu gün Müzəffər ali baş komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan ordusunun və xalqının Vətən müharibədə qazandığı tarixi zəfərdən sonra Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur, oraya milli ruh və mədəni mühitin qaytarılması üçün böyük işlər görülür.
Mədəniyyət Nazirliyi tərəfindən Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edən ilkin monitorinqlər zamanı 427 tarix-mədəniyyət abidəsinə baxış keçirilib.

Həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb.

Monitorinqlər zamanı bir çox abidələrin dağıdıldığı, mənimsənildiyi və vandalizm aktlarına məruz qaldığı aşkar edilib. Lakin əminliklə deyə bilərik ki, qalib xalq olaraq biz Qarabağ və Şərqi Zəngəzuru daha da gözəl şəkildə bərpa edəcəyik.

Artıq 3-cü ildir ki, böyük sevinc və həyəcan hissi ilə Qarabağda, Şuşada keçirilən Xarı Bülbül festivalının sədasını eşidəcəyik. Bərpa edilmiş Vaqif məqbərəsinin ətrafında keçirilən Vaqif Poeziya günlərinin də şahidi olacağıq. Bundan başqa, Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir və yaxın günlərdə Şuşa onun təntənəli açılış mərasiminə ev sahibliyi edəcək.
Azərbaycan xalqının 30 ildən artıqdır ki, pozulan mədəni hüquqları da dövlətimizin öz qüdrəti hesabına bərpa olunacaq. İşğaldan azad olunmuş ərazilərdə böyük sürətlə aparılan quruculuq işlərindən sonra öz yurdlarına qayıdan insanlar Qarabağın əsl ruhunu geri qaytaracaq və Qarabağ yenidən regionun yüksək mədəniyyət mərkəzinə çevriləcək",-  o deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO